SİYASƏT


“Mustafa Kamal Atatürk - 2023” birgə taktiki təlimində hər iki ölkənin hərbi qulluqçularının fəaliyyəti yüksək qiymətləndirilib

Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının cəlb edildiyi "Mustafa Kamal Atatürk - 2023” birgə taktiki təliminin "Yüksək səviyyəli müşahidəçi günü” davam edir.
Təlim qərargahına gələn qonaqlar birgə taktiki təlimin ssenarisi və icra edilən fəaliyyətlər barədə məruzələri dinləyiblər.