İQTİSADİYYAT


Qudyalçay üzərində yeni alternativ yol salınıb

Respublika əhəmiyyətli Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 27-ci kilometrində, Qudyalçay üzərində sel sularının uçurduğu avtomobil körpüsünün yerində yenisi inşa olunur.
Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yeni körpü inşa edilənədək vətəndaşların rahat hərəkətini təmin etmək üçün ərazidə yeni alternativ yol çəkilərək istifadəyə verilib. 200 metr uzunluğunda olan müvəqqəti yol körpüdən təxminən 50 metr qərb istiqamətdə inşa edilib.