Günün mövzusu: Meşəli şahidi Xaçaturyanın Meşəlidə etdiklərindən danışdı
24.10.2023 [20:25]
Qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçaturyan Vaqif Çerkezinin cinayət işi üzrə oktyabrın 24-də növbəti məhkəmə iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, məhkəmə prosesində zərərçəkmiş şəxslər ifadə veriblər.
"Günün mövzusu"nun bugünkü qonağı da Xaçaturyanın Meşəlidə etdiklərini öz gözləri ilə görən Teymur Salmanovdur.