İQTİSADİYYAT


Diqqət: Bu elanlara inanmayın!

Son zamanlar sosial şəbəkələrdə "Sürətli və aşağı faizli kredit imkanı” kimi başlıqlı bankların adlarını və ya loqolarını təqlid edərək paylaşılan elanların sayı artıb. Bu elanlar insanların pullarını mənimsəmək məqsədilə dələduzluq fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yayılır. Ekspert Elvin Abbasovun sözlərinə görə bu cür üsulla həyata keçirilən dələduzluğun texnoloji olaraq qarşısını almaq demək olar ki, mümkün deyil.