Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vaqif Xaçaturyanın məhkəməsindən yeni məlumatlar

25.10.2023 [12:38]

Bu gün qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçaturyanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilir. Cinayət işi Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə araşdırılır. Məhkəmə prosesində zərərçəkmiş şəxslərin istintaqda verdiyi ifadələr elan edilir.