Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kürdəmirdə qəza: ölən və yaralılar var

25.10.2023 [13:40]

Yol nəqliyyat hadisəsi Kürdəmir - Zərdab yolunda Kürdəmir rayonunun Qaramahmudlu kəndindən keçən hissəsində baş verib. İlkin məlumata görə hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq yol kənarına aşıb. Qəza zamanı bir nəfər hadisə yerində ölüb. Avtomobildə olan iki nəfər 1973-cü il təvəllüdlü Səbinə İbrahimova və onun azyaşlı oğlu Ayxan İbrahimli isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına çatdırıblar.