Azərbaycan Dövlət İnformasiya Agentliyi

Türkiyə Müdafiə Nazirliyi birgə təlimlərlə bağlı paylaşım edib

25.10.2023 [13:43]

Türkiyə Milli Müdafiə Nazirliyinin “X” platformasında “Mustafa Kamal Atatürk - 2023” birgə taktiki təlimləri ilə bağlı paylaşım edilib.
“Biz iki bədəndə bir canıq! Biz ehtiyac yaranan kimi tək yumruq oluruq! Azərbaycan türkü qardaşlarımızla həyata keçirdiyimiz “Mustafa Kamal Atatarük - 2023” təlimində qəhrəman hərbçilərimiz yenə bizi həddindən artıq qürurlandırdılar. Birliyimiz, varlığımız və gücümüz daimi olsun”, - Türkiyə Milli Müdafiə Nazirliyinin paylaşımında qeyd olunub.

BÖLMƏNİN DİGƏR VİDEOLARI