İQTİSADİYYAT


İki yerüstü piyada keçidi tikilir - fiziki məhdudiyyətli şəxslər üçün müasir lift sistemləri quraşdırılacaq

Prezident İlham Əliyevin vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək istiqamətində verdiyi göstəriş və tapşırıqlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər həyata keçirilir.
Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, agentlik tərəfindən tədbirlər çərçivəsində daha iki layihənin icrasına start verilib. Belə ki, M2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 262 və 266-cı kilometrlik hissələrində yerüstü piyada keçidləri inşa olunur. Qeyd edilib ki, hər iki yerüstü piyada keçidi metal konstruksiyalıdır.