İQTİSADİYYAT


Bakıda “SAP Discovery Day Baku” forumu işə başlayıb

Azərbaycan paytaxtında regionun rəqəmsallaşması sahəsində ilin əsas hadisələrindən biri - “SAP Discovery Day Baku” forumu işə başlayıb.
AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan “Multi-country SAP” klasterinin direktoru Aleksandr Meteçko “SAP Discovery Day Baku” forumunda yeni tendensiyaların, biznes proseslərin transformasiyaya yanaşmalarının və müxtəlif layihələrin icrası təcrübəsinin müzakirə olunacağını qeyd edib. Azərbaycanın və digər ölkələrin 300-dən artıq aparıcı şirkətinin rəhbər və mütəxəssisləri tədbirdə iştiraka dəvət olunub. “Dəyişən bazar şəraitində biznesinizi daha da effektli etməkdən ötrü ən yaxşı strategiyalarla və təcrübələrlə tanış olmaq fürsətini əldən buraxmayın”, - deyə A.Meteçko əlavə edib.