CƏMİYYƏT


Maliyyə bazarlarında informasiya təhlükəsizliyi üzrə memorandum imzalanacaq

Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) ilə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti arasında memorandum imzalanacaq.
Bu sözləri AMB-nin sədri Taleh Kazımov Bakıda keçirilən “Critical Infrastructure Defence Challenge 2023” tədbiri çərivəsində təşkil olunan konfransda deyib. "Bu iki təşkilat arasında maliyyə bazarlarında informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində məlumatlılığın artırılması və qabaqlayıcı tədbirlərin görülməsi üzrə əməkdaşlığı gücləndirəcək",- deyə T. Kazımov bildirib.