CƏMİYYƏT


Ölkəmiz rəqəmsal iqtisadiyyatın qurulmasında bütün imkanlara sahibdir

"Mövcud vəziyyətdə Azərbaycan Respublikası iqtisadiyyatın rəqəmsallaşması, rəqəmsal iqtisadiyyatın qurulması və dayanıqlı inkişaf üçün bütün imkanlara sahibdir. Sürətli inkişaf səviyyəsində olan dövlətlərdə olduğu kimi, ölkəmiz üçün də iqtisadiyyatın rəqəmsallaşdırılması, rəqəmsal iqtisadiyyatın qurulması, innovasiyaların tətbiqi prioritetlər sırasındadır. Ölkəmizin yerləşdiyi unikal coğrafi mövqe, təbii resursları, həmçinin qiymətli insan resursları, eləcə də son illər ərzində cənab Prezident İlham Əliyev tərəfindən qəbul olunmuş Dövlət Proqramları, Sərəncam və Fərmanlar buna tam imkan verir”.
AZƏRTAC xəbər verir ki, bunu oktyabrın 26-da Bakı Konqres Mərkəzində keçirilən “Critical Infrastructure Defence Challenge 2023”in (CIDC-2023) açılışında sözləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.