CƏMİYYƏT


Göyçayda “Təmiz hava” aylığı ilə bağlı tədbir keçirilib

Atmosfer havasının avtonəqliyyat vasitələrinin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirkləndirilməsinin qarşısının alınması məqsədilə keçirilən tədbirdə avtomobillər saxlanılıb. Həmin nəqliyyat vasitələrinin atmosferə buraxdıqları zərərli qazların miqdarı yol polisi əməkdaşları tərəfindən xüsusi cihaz vasitəsilə yoxlanılıb. Yoxlama zamanı bəzilərinin atmosferə normadan artıq tullantı ixrac etdiyi müəyyən olunub.