İQTİSADİYYAT


Azərbaycana kiberhücumlar daha çox bu ölkələrdən edilir

Azərbaycana həyata keçirilən kiberhücumların bir çoxu qonşu ölkələrdən təşkil olunur.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov deyib.
Onun sözlərinə görə, kiberhücumların hansı ölkələrdən gəlməsini İP olaraq müəyyən etmək çətin olur: “Çünki, onları anonimləşdirirlər və saxtalaşdırırlar. Buna baxmayaraq, həmin hücumların formatına və hücum olunan istiqamətlərə baxdıqda, eyni zamanda onların dərin analizi apardıqdan sonra məlum olur ki, həmin hücumların bir çox məhz qonşu ölkələrdən təşkil olunur".