İQTİSADİYYAT


Qeydiyyat rüsumları azaldı, mobil telefonların qiyməti ucuzlaşacaq?

Ölkəmizə xaricdən gətirilən mobil telefonların qeydiyyata alınmasına görə dövlət rüsumunun dərəcələrinin azaldılmasına dair layihə Milli Məclisdə qəbul edilib. Fiziki şəxslərin şəxsi istifadə üçün ölkəyə gətirdiyi telefonların qeydiyyata alınmasıyla bağlı dövlət rüsumları, qiyməti 1000 dollara qədər və 1000 dollardan yuxarı olan telefonlarda məbləğə müvafiq olaraq 30-50 manat arası azaldılıb. İqtisadçı ekspert Xalid Kərimli, bunun səbəbini dövlət səviyyəsində rəqəmsallaşdırmanın daha da genişləndirilməsi ilə əlaqəndirir.