Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

FHN-in Qarabağ Regional Mərkəzi təlim keçirib

26.10.2023 [17:53]

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi tərəfindən Ağdam rayon Çullu kəndində yerləşən Soltanbud tam orta məktəbində “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin həyata keçirilməsi” mövzusunda təlim keçirilib. Təlimin keçirilməsində əsas məqsəd məktəbin kollektivinə fövqəladə hallar zamanı davranış qaydalarının aşılanması, baş verə bilən hadisələr zamanı praktiki vərdişlərin formalaşdırılmasından ibarət olub. Təlimin praktik mərhələsində isə xüsusi təyinatlı texnikaların və canlı qüvvənin iştirakı ilə baş vermiş şərti zəlzələ və onun nəticəsində “yaranmış” yanğının söndürülməsi, zərərçəkmişlərin xilas edilməsi, təxliyə və ilkin yardım tədbirləri həyata keçirilib.