İQTİSADİYYAT


Yeni metro stansiyasında hansı işlər görülüb?

8 Noyabr stansiyasından sonrakı şərti adı B04 adlandırılan stansiyanın qazıntı işləri yekunlaşdırılıb. Hazırda stansiyadan istifadə edəcək əhalinin enib qalxması üçün işlərin növbəti mərhələsi həyata keçirilir. Qeyd edək ki, stansiya Cəlil Məmmədquluzadə küçəsində yerləşir. Yerin altında, 1020 metr uzunluğunda olan tunelin içərsindəyik, bu tunel bizi 8 Noyabr stansiyasına aparır. Qeyd edək ki, 2025-ci ilin 1-ci rübündən etibarən bu tuneldə insanlar piyada yox qatarların içərisində hərəkət edəcək.