SİYASƏT


Azərbaycanın xarici işlər naziri Türkiyənin Anadolu Agentliyinə müsahibə verib

Oktyabrın 27-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin aparıcı media qurumlarından olan Anadolu Agentliyinə müsahibə verib.
AZƏRTAC xəbər verir ki, Anadolu Agentliyinin Türkiyə Respublikasının 100 illiyi layihəsi çərçivəsində reallaşdırılan müsahibədə nazir Ceyhun Bayramov Türkiyə Respublikasının 100-cü ildönümü ilə bağlı səmimi təbriklərini çatdırıb, qeyd olunan tarixin yalnız Türkiyə üçün deyil, bütün Türk dünyası üçün çox əhəmiyyətli bir tarix və qürur mənbəyi olduğunu bildirib.