CƏMİYYƏT


Sumqayıtdakı silahlı hücum barədə Baş Prokurorluqdan AÇIQLAMA

Oktyabrın 28-də saat 05:50 radələrində Sumqayıt şəhərinin Corat qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş nəticəsində 2 nəfərin ölməsi və 2 nəfərin xəsarət alması barədə şəhər prokurorluğuna məlumat daxil olub. Prokurorluq və polis əməkdaşları tərəfindən kriminalist və ekspertlərin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib, digər zəruri hərəkətlər aparılıb və iş üzrə əhəmiyyət kəsb edən sübutlar götürülüb.  Araşdırmalarla hadisə zamanı 2 nəfərin - Susana Karakaş və Dağbəyi Fərəcovun öldürülməsi, habelə 4 nəfərin xəsarət alması müəyyən edilib.