Balakəndə zərərvericilər yayılmaqdadır
28.10.2023 [13:00]
Ötən ildən başlayaraq Şimal-Qərb bölgəsində əsasən də Balakən və Zaqatala rayonlarında qəhvəyi mərmər bağacığları yayılmaqdadır. Yaz-yay aylarında fındıq və meyvə ağaclarına zərər vuran bağacıqlar qışlama üçün evlərdə və ona yaxın tikililərdə müşahidə edilir.