CƏMİYYƏT


Azərbaycanda çörəyin qiyməti ucuzlaşdı - SƏBƏB

Azərbaycanda super marketlərdə çörəyin qiymətində enmə müşahidə edilir. Belə ki, oktyabr ayının 26-dan etibarən bir sıra ticarət şəbəkələrində 650 qramlıq  zavod çörəyinin qiyməti 60 qəpikdən 55 qəpiyə düşüb. Qiymət enməsi ən çox böyük market şəbəkələrində müşahidə olunur. İqtisadçı ekspert Eldəniz Əmirovun sözlərinə görə Azərbaycanda çörəyin qiymətində olan dəyişmə dinamikası dünya birjalarında buğdanın qiymətində olan dinamikadan bir neçə ay sonra baş verir. Bunun səbəbi isə ölkəmizdə ərzaq təhlükəsizliyi məsələsinə daha çox diqqət göstərilməsidir.