SİYASƏT


Türkiyə Cümhuriyyəti 100 yaşında

Sənin şanlı tarixin cəsarət və istiqlaliyyət sevgisiylə yoğrulub. Ulu Atatürkün dediyi kimi, sənə lazım olan hərşey daşıdığın ali qanda var. Elə məni də səninlə həmin qan birləşdirir. Qanımız bir, canımız birdi. Biz səninlə daima bir olduq. Çanakkalada, Bakıda, Qarabağda, Naxçıvanda, Hatayda. Sənin bütün uğurların mənim qürurum, sevincimdir. Tarixdə dastanlar yazan, əziz qardaşım, biz səninlə əl ələ hələ çox uğurlara imza atacağıq. Odur ki, qoy parıldasın ay ulduzun. Parıldasın bəyaz qırmızın, parılda 100 yaşındasan. Cumhuriyyətin əbədi olsun.