Azərbaycanın amputant futbolçulardan ibarət millisi Avropa çempionatına vəsiqə qazanıb
30.10.2023 [17:17]
Xəbərin mətni
Amputasiya olunmuş şəxslərdən ibarət Azərbaycan milli komandası Avropa Amputant Futbol Federasiyasının təşkilatçılığı ilə Şotlandiyada keçirilən Millətlər Liqasında iştirak edib.
ANAMA-nın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, D divizionunda Niderland, Şotlandiya, Albaniya və Kosovo seçmələri ilə mübarizə aparan yığma qrupu 2-ci pillədə tamamlayaraq, 2024-cü ildə Fransada təşkil olunacaq Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.