CƏMİYYƏT


Vətəndaşların nəzərinə: İstilik xidmətinə görə müqavilə bağlanmalıdır

“Azəristiliktəchizat” ASC əhali istehlakçı qrupu ilə müqavilələrin bağlanılmasına başlayıb. Belə ki, Nazirlər Kabinetinin 5 sentyabr 2023-cü il tarixli qərarına əsasən istilik və isti su təchizatı xidmətləri enerji təchizatı müəssisəsi ilə istehlakçı arasında bağlanılan müqavilə əsasında həyata keçirilməlidir. Qanunvericiliyə əsasən isə Müqavilə bağlanılmadığı halda istilik təchizatı xidmətlərindən istifadə qeyri-qanuni hesab olunacaq. Azəristiliktəchizat ASC-nin İctimaiyyətlə Əlaqələr Xidmətinin rəhbəri Elvin Basqallı bildirdi ki, abonetlərlə bağlanan müqavilələr ilk növbədə əhali istehlakçı qrupunun maraqlarını təmin eləmək üçündür.