CƏMİYYƏT


Beynəlxalq Astronavtika Federasiyasının azərbaycanlı mükafatçısı: Avropa təcrübəsini öyrənib Vətəndə tətbiq edəcəyəm

“Beynəlxalq Astronavtika Federasiyasının “IAC Gənc Pioner” mükafatını qazanmaq mənim üçün çox qürürvericidir. Bu uğurun təməlində, söz yox ki, gərgin zəhmət, oxumaq və çalışqanlıq dayanır. “IAC Gənc Pioner” mükafatı bu il Azərbaycanda keçirilən Beynəlxalq Astronavtika Konqresi çərçivəsində adı dəyişdirilmiş “Luıgı G. Napolıtano Award” mükafatıdır. Mükafat hər il Beynəlxalq Astronavtika Federasiyası tərəfindən seçilmiş, aerokosmik sahədə töhfə vermiş 30 yaşınadək gənc alimə verilir. Bu il Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində dünyanın müxtəlif ölkələrindən olan 6 finalçı arasında regionda ilk dəfə mükafat məhz Azərbaycana, mənə verildi”.