CƏMİYYƏT


Piyada keçidində uzun illərin problemi həll edildi

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən daha bir yolayrıcında hərəkətin idarə edilməsində dəyişiklik olunub. Bununla həm piyadaların yolu təhlükəsiz keçməsi təmin edilib, həm də sürücülər bu yolda vaxt itkisi ilə qarşılaşmayacaqlar. Nərimanov rayonu, Təbriz küçəsi ilə Ağa Nemətulla küçələrinin kəsişməsində aparılan monitorinq zamanı müəyyən edilib ki, Təbriz küçəsindən Ağa Nemətulla küçəsinə sağa dönən zaman işıqforun yaşıl işığı həm nəqliyyat vasitələri, həm də piyadalar üçün eyni vaxtda yanır və qəza şəraiti yaranır. Problemin qarşısını almaq üçün işıqforun iş rejimi 2 fazadan 3 fazaya dəyişdirilib və yol hərəkəti iştirakçılarının təhlükəsiz hərəkəti təmin edilib. Kəsişmədə edilən dəyişiklikdən sonra bu yoda sıxlığın qarşısı qismən alınıb.