İQTİSADİYYAT


Şəkər çuğundurunun alış qiyməti artacaq

Ölkəmizdə şəkər çuğunduru sahələrindən məhsul yığımı davam edir. Cari ildə hədəf 225 min ton şəkər çuğunduru tədarük etməkdir. Artıq sahələrdən 80 min tondan çox məhsul yığılıb. Növbəti ildən məhsulun alış qiyməti də artacaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hazırda sahələrdə məhsul yığımı aparılır. Əkin zamanı yüksək məhsuldarlığı ilə seçilən, həm də şəkərlilik faizi çox olan sortlara üstünlük verilib.