CƏMİYYƏT
Tovuzda maşın aşdı: Sürücü yaralandı
31.10.2023 [17:45]
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Düz Cırdaxan kəndi yaxınlığında qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, rayonun Düz Cırdaxan kənd sakini 33 yaşlı Miyani Tural Fazil oğlu "VAZ 21011" markalı minik maşının idarəetməsini itirib. Nəticədə avtomobil yolun kənarına aşıb. Qəza zamanı sürücü xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
06.12.2023 [10:39]
04.12.2023 [16:43]
02.12.2023 [22:22]
01.12.2023 [01:29]
06.12.2023 [12:17]
05.12.2023 [23:09]
30.11.2023 [17:44]
29.11.2023 [10:28]
05.12.2023 [23:34]
02.11.2023 [17:33]