İQTİSADİYYAT


Azərbaycan İstanbulda keçirilən Ümumdünya Məskunlaşma Günündə təmsil olunub

BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) tərəfindən hər il fərqli şəhərlərdə qeyd olunan 31 Oktyabr - Ümumdünya Məskunlaşma Günü çərçivəsində İstanbulda beynəlxalq tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsi, Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi və digər dövlət qurumlarının birgə təşkilatçılığı, eləcə də İstanbulun Üsküdar Bələdiyyəsinin ev sahibliyi ilə baş tutub.