İQTİSADİYYAT


Xaricdə telefon istifadə edənlər diqqətli olun

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən xaricdən ölkəyə gətirilən hər bir mobil telefonların İMEİ kodu dövlət qeydiyyatına alınmalıdır. İMEİ kodu qeydiyyata alınmayan mobil telefonların şəbəkəyə girişi müəyyən müddət sonra məhdudlaşdırılır. Bəs ölkəmizdə qeydiyyata alınan telefonlarla xaricə getdikdə bu məsələ necə tənzimlənir? Azintelekomun Mobil Cihazların qeydiyyatı şöbəsinin rəhbəri İlkin Əhmədli bildirdi ki, mobil telefonların imei kodlarının qeydiyyat sistemi fərqli ölkələrdə həmin ölkələrin qanunvericiliyi ilə tənzimlənir.