İQTİSADİYYAT


Yeni kiber dələduzluq növü meydana çıxıb

Azərbaycanda kiber dələduzluğun yeni növü meydana çıxıb. Belə ki, internet dələduzları artıq vətəndaşları daha rahat aldatmaq üçün müəyyən bir marketinq büdcəsi ayırmağa başlayıblar. Əvvəlki metodlardan tam fərqlənən bu üsul insanlarda heç bir şübhə doğurmur. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən isə bildirildi ki, belə kiber dələduzluq halının mövcudluğundan artıq xəbərdardılar və vətəndaşların bu səpkidə şikayətləri üzrə tədbirlər görülür.