CƏMİYYƏT


Buzovnada iaşə obyektində baş verən yanğın söndürülüb

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində vətəndaşa məxsus ikimərtəbəli iaşə obyektində yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə cəlb olun FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Xəzər rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri tərəfindən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.