CƏMİYYƏT


Xaçaturyanın törətdiyi cinayətlər sadalandı

Qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçaturyan Vaqif Çerkezinin cinayət işi üzrə noyabrın 6-da növbəti məhkəmə iclası keçirilir. Vaqif Xaçaturyanın cinayət işi üzrə məhkəmə prosesində zərərçəkmişlər və hadisə şahidlərinin ifadəsi dinlənilir. Sosial şəbəkələrdə Birinci Qarabağ müharibəsi zamanı Vaqif Xaçaturyana aid olduğu iddia edilən foto ilə bağlı təhqiqat aparılıb. Bu barədə məhkəmə sədri Zeynal Ağayev deyib. “Araşdırmalarla və ekspertiza rəyi ilə müəyyən edilib ki, həmin fotodakı Vaqif Xaçaturyandır”, - deyə Zeynal Ağayev əlavə edib.