Çin şirkətləri azad olunan ərazilərdəki bərpa-quruculuq işlərində fəal iştiraka dəvət olunub
06.11.2023 [22:44]
Xəbərin mətni
Çinin Şanxay şəhərində Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 9-cu iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycan nümayəndə heyətinə Baş nazirin müavini, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayev, Çin tərəfinə isə ticarət nazirinin müavini, hökumətlərarası komissiyanın həmsədri Lin Ci rəhbərlik edib.