Azərbaycan Dövlət İnformasiya Agentliyi

Türk Dövlətləri Təşkilatının gənclər və idman nazirlərinin yeddinci iclası Basqalda keçirilib

09.11.2023 [17:54]

Xəbərin mətni

Noyabrın 9-da İsmayıllı rayonunun Basqal kəndində Türk Dövlətləri Təşkilatının (TDT) gənclər və idman nazirlərinin yeddinci iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbov türk dövlətlərinin əməkdaşlığı çərçivəsində həyata keçirilən son yeniliklərin və əməkdaşlığın gənclər və idman sahəsinə verdiyi töhfələr barədə danışıb.