İQTİSADİYYAT


Gələn il kimlərin kredit borcu silinəcək?

2024-cü ilin Dövlət büdcəsi layihəsində problemli kreditlərin həlli üçün 1.7 milyon vəsaitin ayrılması nəzərdə tutulub. Belə ki, bu vəsait problemli kreditlərin dövlət tərəfindən kompensasiya edilməsinə yönəldiləcək. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib. Deputat həmçinin bildirib ki, əvvəlki illərdən fərqli olaraq bu il banklar tərəfindən silinən bir sıra kreditlərə vergi güzəştləri də tətbiq olunacaq.