RƏSMİ


Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də ATƏT Parlament Assambleyasının prezidenti Pia Kaumanı qəbul edib.
AZƏRTAC xəbər verir ki, görüşdə Cənubi Qafqaz regionunda vəziyyətlə və ATƏT Parlament Assambleyasının rolu ilə bağlı fikir mübadiləsi aparıldı.
Dövlətimizin başçısı qeyd etdi ki, Cənubi Qafqaz regionunda artıq yeni reallıqlar yaranıb. Prezident İlham Əliyev vurğuladı ki, regionda baş vermiş son hadisələr Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam etmiş işğalı və hərbi təcavüzü kontekstində nəzərdən keçirilməlidir. Bu işğal və təcavüzün nəticələrinə baxılmadan regionun gələcəyi ilə bağlı baxışların irəli sürülməsi düzgün yanaşma olmaz.