Azərbaycan Dövlət İnformasiya Agentliyi

Laçının bir neçə kəndində elektrik şəbəkələri yenilənir

13.11.2023 [17:00]

Xəbərin mətni

“Azərişıq” ASC Laçında yenidənqurma işlərini davam etdirir.
ASC-dən AZƏRTAC-a bildirilib ki, tarixi torpaqlarımızın işğaldan azad olunmasından sonra yenidən qurulmasında “Azərişıq” ASC üzərinə düşən vəzifəni böyük həvəs və məsuliyyətlə yerinə yetirir. Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən aparılan yenidənqurma işləri çərçivəsində digər rayonlarımız kimi, Laçında da böyük ölçüdə işlər görülüb.