Bankların “SMS” xəbərdarlıq xidmətinin qiymətini qaldırmasının səbəbi nədir?
14.11.2023 [16:03]
Mərkəzi Bank bankomatlar vasitəsi ilə plastik kartlardan vəsaitlərin nağdlaşdırılması zamanı komisiyya xərclərinin aşağı salındığını bildirib. Digər tərəfdən isə bir çox sistem əhəmiyyətli banklar gələn aydan sms xəbərdarlıq xidmətinin qiymətini 1 manata qaldıracaqlarını bildirib. Artıq bu barədə banklar müştərilərinə xəbərdarlıq smsləri də göndərməyə başlayıb. Bəs görəsən rabitə tariflərində heç bir artım olmadığı halda bankların sms xəbərdarlıq xidmətinin qiymətini artırmasının səbəbi nədir?