İQTİSADİYYAT


Bu il Cəlilabadda 72 min hektardan çox sahədə payızlıq dənli bitkilər əkiləcək

Ölkənin iri taxılçılıq rayonlarından olan Cəlilabadda bu il 72 min hektardan artıq sahədə payızlıq dənli bitkilərin əkilməsi üçün şum işləri davam etdirilir.
AZƏRTAC xəbər verir ki, əlverişli hava şəraitindən yararlanan fermerlər bu günədək 69 min hektar sahədə təkrar şum işlərini başa çatdırıblar. Hazırda tarlalarda şum işləri ilə yanaşı, əkin üçün hazırlanmş sahələrdə səpin də həyata keçirilir.