CƏMİYYƏT
Xaçmazda 10 yaşayış məntəqəsinin yolu yenidən qurulub
15.11.2023 [13:58]
Xaçmaz rayonunun Gəndob–Xaçmaz–Yalama–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 20-ci kilometrindən ayrılan Hülövlü- Sərkərli-Alıcqışlaq-Qədimalıqışlaq-Rəhimova avtomobil yolu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidən qurulub.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, avtomobil yolu təbii faktorların təsirindən yararsız vəziyyətdə idi. Bu səbəbdən əsaslı şəkildə yenidən qurulmasına və bərpasına ehtiyac yaranan yol hazırda 4-cü texniki dərəcəyə uyğun olaraq təkmilləşdirilib. Ümumi uzunluğu 30 km təşkil edən yolun eni 10 metrə qədər genişləndirilib.
02.12.2023 [22:22]
01.12.2023 [01:29]
29.11.2023 [14:27]
27.11.2023 [15:16]
02.12.2023 [18:01]
30.11.2023 [17:44]
30.11.2023 [16:46]
29.11.2023 [10:28]
28.11.2023 [17:17]
02.11.2023 [17:33]
02.11.2023 [16:51]