De Byazi 27 futbolçu çağırmağının səbəbini açıqladı
15.11.2023 [19:56]
Qısa müddətdə iki ağır oyunumuz olacaq. Hamıya şans verməyə çalışacağam. Hər iki qarşılaşmada gücümüzün 110 faiz meydanda qoymalıyıq. 27 nəfər çağırmağımın səbəbi də odur ki, 4 nəfər sarı vərəqə limitindədir. Onlardan kimsə sarı vərəqə alsa, növbəti görüşü buraxacaq. AZƏRTAC xəbər verir ki, bu sözləri futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi AVRO-2024-ün seçmə mərhələsində Bakıda İsveç yığmasına qarşı keçirəcəkləri oyundan əvvəl mətbuat konfransında deyib.