Azərbaycan Pekində COTTM sərgisində iştirak edir
15.11.2023 [21:54]
Xəbərin mətni
Çində xaricə turizm səyahətlərinin təşviqi məqsədi ilə keçirilən sərgilərin ən əsası olan COTTM-da 50-yə yaxın ölkədən turizm, aviasiya və nəqliyyat şirkətləri, mehmanxana şəbəkələri iştirak edir. Sərginin məqsədi xaricə səfər edən çinli turistlər üçün müvafiq xidmətlərin göstərilməsi ilə bağlı işgüzar əlaqələrin yaradılmasıdır.