Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qubada sakinlər könüllü olaraq sənədsiz silahlarını polisə təqdim ediblər

16.11.2023 [12:36]

Xəbərin mətni

Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri profilaktik tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, qeyd olunan tədbirlər zamanı polis əməkdaşları tərəfindən 6 ədəd müxtəlif növ tüfəng və onlara məxsus patronlar, 1 ədəd “AK-74” markalı avtomat, eləcə də 1 ədəd həmin silaha məxsus patron darağı təhvil götürülüb.