İQTİSADİYYAT


Endirim yoxsa marketinq hiyləsi?

İlin demək olar ki, hər fəslində bir çox mağazalarda endirimlərə rast gəlmək mümkündür. Əsasən bu endirimlərə müxtəlif geyim, ərzaq və elektronika məhsullarında rastlaşırıq. Həmin mağazaların girişində 40-50, bəzən isə 70 faiz endirim yazılarını görsək də, bir çox hallarda təklif olunan real qiymət tam başqa olur. Bəs dünya praktikasında endirim sistemi necə işləyir? Biznesin inkişafı üzrə ekspert, marketoloq Nicat Manafovun sözlərinə görə beynəlxalq standartlarda qiymətin dəyişmə qrafikini izləyən qurumlar var və buna görə də həmin standartlarla fəaliyyət göstərən markaların endirimləri də tam real olur.