İQTİSADİYYAT


Çinin Sian şəhərində “Azərbaycan Ticarət Evi” açılıb

Çinin Şansi vilayətinin paytaxtı olan Sian şəhərində “Azərbaycan Ticarət Evi” fəaliyyətə başlayıb.
AZƏRTAC xəbər verir ki, noyabrın 17-də ticarət evinin açılış mərasimi keçirilib. Mərasimdə çıxış edən ölkəmizin Çindəki səfiri Bünyad Hüseynov, Sian xalq hökuməti xarici işlər dəftərxanasının müdiri Çian Şen və digərləri Sian şəhərində “Azərbaycan Ticarət Evi”nin açılmasının rəmzi məna daşıdığını bildiriblər.