İQTİSADİYYAT


Qarabağda tikilən İşğal və Zəfər muzeylərinin layihələri İtaliyadakı sərgidə nümayiş olunur

Qarabağda inşa olunan İşğal və Zəfər muzeyləri komplekslərinin layihələri İtaliyada keçirilən sərgidə nümayiş etdirilir.
AZƏRTAC xəbər verir ki, İşğal və Zəfər muzeyləri kompleksləri “Art Cloud Network” (ACN) şirkəti tərəfindən layihələndirilib.
Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov və ölkəmizin Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarov “Fiera di Roma” sərgi mərkəzində ACN şirkətinin stendi ilə tanış olublar.