CƏMİYYƏT


Umbakıda yeni inşa olunmuş penitensiar kompleks istifadəyə verilib

Noyabrın 17-də paytaxtın Umbakı qəsəbəsində yeni inşa olunmuş qarışıq rejimli müasir penitensiar kompleks istifadəyə verilib, yaradılan şəraitlə tanışlıq olub.
Tədbirdə iştirak edən ədliyyə naziri Fikrət Məmmədov dövlət başçısının tapşırıqlarına uyğun olaraq penitensiar sahədə aparılan islahatlardan, məhkumların saxlanma şəraitinin, tibbi təminatının yaxşılaşdırılması, sosial adaptasiyası ilə bağlı görülən ardıcıl tədbirlərdən danışıb. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən Ulu Öndər Heydər Əliyevin humanizm siyasətinin uğurla həyata keçirilərək əfv və amnistiya aktlarının geniş tətbiqini qeyd edib.