İQTİSADİYYAT


"Rosselxoznadzor"un rəhbəri AQTİ-nin fəaliyyəti ilə tanış olub

Ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") rəhbəri Sergey Dankvert Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) olub.
AZƏRTAC xəbər verir ki, AQTİ-də təşkil edilən görüşdə "Rosselxoznadzor"un rəhbərinə İnstitutun fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, ölkədə qida təhlükəsizliyinin təmin olunması və əhalinin sağlamlığının qorunması məqsədilə İnstitutun nəzdində qida təhlükəsizliyi, kompleks tədqiqatlar, bitki və heyvan sağlamlığı üzrə ixtisaslaşmış laboratoriyalar fəaliyyət göstərir. Laboratoriyalarda müxtəlif qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə müayinələri aparılır.