Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb

18.11.2023 [12:32]

Xəbərin mətni

Binəqədi rayonunda yol polisləri narkotikin təsiri altında avtomobil idarə edən sürücünü saxlayıb.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücünün qanunazidd hərəkətlərinin qarşısı alınıb.