CƏMİYYƏT


Zaqatalada qızılcaya yoluxma ilə bağlı son vəziyyət

Oktyabr ayının sonlarından başlayaraq Zaqatala rayon ərazisində qızılca xəstəliyinin yayılması müşahidə olunur. İlkin araşdırmalarda xəstəliyə Zaqatala şəhər və rayonun Kebeloba, Car, Yuxari Tala, Aşağı Tala, Çobankol, Muxax, Gözbarax Əliabad kəndlərində uşaqlar və hətta orta yaş qrupuna aid insanlar arasında rast gəlinib. Rayon Gigiyena və Epidemiologiya Mərkəzindən bildirilib ki, Zaqatalada qızılcaya yoluxma tək-tək hallarda qızılca əleyhinə peyvənd olunmayan uşaqlar arasında qeydə alınıb. Bununla əlaqədar olaraq xəstəlik ocaqlarında əks-epidemik tədbirlər aparılıb. Hazırda rayonda peyvənd işləri davam etdirilir, epidemioloji vəziyyət stabildir.